QHT Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlanıb

22-02-2022, 21:00

 QHT Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlanıb

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsinin icra planına uyğun olaraq 2010-cu ildən fəaliyyət göstərən zengezur.com saytı yenilənib, saytda Şərqi Zəngəzur bölməsi yaradılıb, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları ilə birlikdə Qərbi Zəngəzurun Sisian, Gorus, Qafan, Meğri bölgələrinin tarixi haqqında da məlumatlar yerləşdirilib. Fevral-aprel aylarında icrası nəzərdə tutulan layihə çərçivəsində Şərqi Zəngəzur bölgəsinin tarixi, II Qarabağ savaşı və şəhidlərə həsr olunmuş 3 kitab buraxılacaq, “QHT Kitabxanası” yaradılacaq, dəyirmi masa təşkil ediləcəkdir.




Facebook'da Paylaş