DÇ-2022: Almaniya millisinin 9 qol vurduğu oyunda bir neçə rekord qeydə alınıb

12-11-2021, 09:47

DÇ-2022: Almaniya millisinin 9 qol vurduğu oyunda bir neçə rekord qeydə alınıb

Futbol üzrə Almaniya millisi 52 ildən sonra dünya çempionatlarının seçmə oyununda 9 qol vurub.
Ordum.az-ın məlumatına görə, Hans-Diter Flikin baş məşqçi olduğu komanda DÇ-2022-nin seçmə mərhələsində Lixtenşteyni 9 cavabsız qolla məğlub edib.

Matç 56 yaşlı mütəxəssis üçün də əlamətdar olub. Flik yığmada ilk 6 oyunda qələbə qazanan baş məşqçi kimi tarixə düşüb.

Bundan əlavə, görüşdə "dubl" edən Tomas Müller millidəki qol sayını 42-yə çatdırmaqla bombardirlər siyahısında Mixael Ballakı geridə qoyaraq 8-ci olub.

Xatırladaq ki, Almaniya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni ötən tur təmin edib.




Facebook'da Paylaş