Stiven Kenni: Azərbaycan millisi çox təhlükəli rəqibdir

10-10-2021, 04:18

Stiven Kenni: Azərbaycan millisi çox təhlükəli rəqibdir


Qalib gəlmək önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan millisi çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir. Bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına səfərdə 3:0 hesabı ilə qalib gələn İrlandiya millisinin baş məşqçisi Stiven Kenni oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi deyib: "İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə çox ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə vurduq. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq".




Facebook'da Paylaş