Azərbaycanın U-21 yığması seçmə mərhələdə növbəti oyununu keçirəcək

8-10-2021, 08:22

Azərbaycanın U-21 yığması seçmə mərhələdə növbəti oyununu keçirəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Ordum.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gələcək.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Belarusdan olan FIFA referisi Viktor Şimusik idarə edəcək.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub. Yığma hazırda sonuncu - 5-ci pillədə qərarlaşıb. Finlandiya isə 3 xalla 4-cüdür.

AVRO-2023ropa çempionatının seçmə mərhələsi

8 oktyabr

20:30. Azərbaycan – Finlandiya
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Norveç - 6, Xorvatiya - 6, Avstriya - 6 (3 oyuna), Finlandiya - 3, Azərbaycan - 0, Estoniya - 0 (3)

Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.




Facebook'da Paylaş