ABŞ, Yaponiya və Cənubi Koreya Yapon dənizində birgə hərbi təlimlər keçirəcək

29-09-2022, 10:30

ABŞ, Yaponiya və Cənubi Koreya Yapon dənizində birgə hərbi təlimlər keçirəcək

ABŞ, Yaponiya və Cənubi Koreya sentyabrın 30-da Yapon dənizində birgə hərbi təlimlərə başlayır.
Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Özünümüdafiə Dəniz Qüvvələrinin Qərargahından bildirilib.

Təlimlərdə ABŞ-ın “Ronald Reagan” atom aviadaşıyıcı gəmisi də iştirak edəcək.

Məlumata görə, üçtərəfli təlimlər qarşılıqlı fəaliyyəti gücləndirmək və “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasını həyata keçirmək məqsədilə keçirilir.

Təlimlərdə ABŞ aviadaşıyıcısı gəmisindən başqa, Yaponiyanın “Asahi” aviadaşıyıcısı, habelə Birləşmiş Ştatların “USS Chancellorsville” raket kreyseri, “USS Barry” və “USS Benfold” esminesləri və sualtı qayığı iştirak edəcək.

Xatırladaq ki, bu il mayın 24-26-da Yaponiyanın dəniz özünümüdafiə qüvvələri ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) ilə birgə Sakit okeanda təlimlər keçirib.




Facebook'da Paylaş