"Patron Davo" ləqəbli "silah baronu" saxlanılıb

31-01-2023, 08:02

"Patron Davo" ləqəbli "silah baronu" saxlanılıb


Əvvəllər Ermənistan ordusunu silahla təchiz edən David Qalstyan saxlanılıb.
Ordum.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Bildirilib ki, o, yaşadığı evdə ələ keçirilib. Hazırda Qalstyan və vəkili Ermənistan Milli Təhlükəsizlik Xidmətindədir.
Qeyd edək ki, bundan əvvəl "Patron Davo" ləqəbli "silah baronu" Ermənistan ordusuna yararsız raketlər tədarük etdiyi üçün həbs edilmişdi.




Facebook'da Paylaş