Britaniya Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq

17-02-2022, 09:30

Britaniya Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq

Böyük Britaniya Estoniyadakı hərbçilərinin sayını iki dəfə artıracaq və ölkəyə hərbi texnika göndərəcək

Ordum.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Əvvəllər bildirilirdi ki, Britaniya Estoniyaya 850 hərbçi göndərməklə, burada yerləşən NATO-nun döyüş qrupundakı kontingentini iki dəfə artıracaq.

Böyük Britaniya, həmçinin Polşaya əlavə 350 dəniz piyadası göndərmək planlarını açıqlayıb.

Fevralın 14-də Ukraynaya yeni hərbi yardım paketinın ayrıldığı da məlum olub.




Facebook'da Paylaş