Litva Ukraynada hərbi təlimatçılarının sayını artıracaq

12-02-2022, 08:30

Litva Ukraynada hərbi təlimatçılarının sayını artıracaq

Ukraynadakı litvalı hərbi təlimatçıların sayı artırılacaq.

Ordum.az xəbər verir ki, bu barədə Litva hökumətinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin tezliklə “Stinger” zenit-raket komplekslərinin Ukraynaya göndərilməsi nəzərdə tutulur.

Ukraynada litvalı hərbi təlimatçıların könüllü təhlükəsizlik qüvvələrinin, hərbi doktrinaların idarə olunması üzrə qərargahın, Hərbi Hava Qüvvələrinin aviabazasının və mühəndis batalyonunun nümayəndələrindən ibarət bir hissəsi fəaliyyət göstərir.

2021-ci ilin oktyabrında Litvanın Nazirlər Kabineti Ukraynaya 676 min avro dəyərində zireh və ballistik kəmərlərin tədarükünü təsdiqləyib




Facebook'da Paylaş