Stoltenberq: “NATO-ya qoşulmaq istəyən Ukrayna İsveç və Finlandiyadan fərqli mövqedədir”

19-10-2022, 09:30

Stoltenberq: “NATO-ya qoşulmaq istəyən Ukrayna İsveç və Finlandiyadan fərqli mövqedədir”

“NATO-ya qoşulmaq istəyən Ukrayna İsveç və Finlandiyadan fərqli mövqedədir”.

Ordum.az-ın xəbərinə görə, bu barədə “RBK-Ukraina” NATO-nun baş katibi Yens Stoltenberqin Berlinin xarici siyasət forumunda verdiyi açıqlamaya istinadən məlumat yayıb.

O, qeyd edib ki, Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qoşulmaq istəyini tezliklə müdafiə alyansına üzv ola biləcək İsveç və Finlandiyanın təklifləri ilə müqayisə etmək olmaz.

"Tam əminəm ki, Ukrayna İsveç və Finlandiyadan tamamilə fərqli vəziyyətdədir. İsveç və Finlandiya NATO-nun uzunmüddətli tərəfdaşıdırlar, onların alyansa üzvlüyü ilə bağlı konsensus var. Ukraynada isə biz davam edən müharibənin şahidi oluruq və burada prioritet hərbi dəstək verməkdir", - Alyans rəhbəri deyib.

O, həmçinin gələcəkdə Ukraynanın NATO-ya üzv olacağına əminliyini ifadə edib.




Facebook'da Paylaş