Stoltenberq Rusiya-NATO müharibəsi ehtimalı barədə danışıb

25-03-2022, 09:30

Stoltenberq Rusiya-NATO müharibəsi ehtimalı barədə danışıb

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyası ilə Alyans arasında müharibə ehtimalından danışıb.

Bu barədə Ordum.az CNN-ə istinadən xəbər verir.

Məlumata görə, NATO rəhbəri belə bir ssenarinin mümkünsüz hesab edib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələrinin birliyi genişmiqyaslı müharibə ehtimalını azaldıb, lakin o, Ukraynada vəziyyətin gözlənilməz olduğunu qeyd edib.

NATO baş katibinin sözlərinə görə, Ukraynadakı müharibə nəticəsində Alyans yeni reallıqla üz-üzə qalıb və bununla bağlı uzunmüddətli dövrə hazır olmalıdır. Yens Stoltenberq vurğulayıb ki, Ukraynadakı vəziyyətə görə Alyansla Rusiya arasında münasibətlər artıq əvvəlki kimi olmayacaq, lakin o hesab edir ki, Moskva ilə müəyyən mövzular, o cümlədən risklərin azaldılması ilə bağlı əlaqələr hələ də davam etdirilməlidir.

“NATO-nun gələcəkdə Rusiya ilə necə münasibət quracağı barədə danışmaq hələ tezdir, əminliklə deyə bilərəm ki, onlar əvvəlki kimi olmayacaq. Əvvəlki münasibətlərin olması üçün heç bir şans yoxdur”, - NATO rəhbəri mövqeyini açıqlayıb.




Facebook'da Paylaş