NATO müdafiə nazirləri alyansın silah ehtiyatlarının artırılmasını razılaşdırıblar

14-10-2022, 08:30

NATO müdafiə nazirləri alyansın silah ehtiyatlarının artırılmasını razılaşdırıblar

Şimali Atlantika Alyansı ölkələrinin müdafiə nazirləri silah, sursat və texnika ehtiyatlarının artırılması barədə razılığa gəliblər.

Ordum.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans dövlətlərinin müdafiə nazirlərinin ikigünlük görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Bu gün (dünən-red) biz alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün silah, sursat və avadanlıq ehtiyatlarını artırmağa qərar verdik", - Stoltenberq bildirib.




Facebook'da Paylaş