Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib

30-06-2022, 10:00

Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin və Türkiyənin NATO-nun birliyinə, eləcə də gücünə sadiq olduqlarını bildirib.

Ordum.az xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında yazıb.

Makron Ukraynadakı müharibə ilə əlaqədar Fransa və Türkiyənin NATO-nun birliyinə, gücünə hər zamankindən daha çox sadiqliklərini önə çəkib.

Dövlət başçısı bildirib ki, iki ölkə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək üçün səylərini davam etdirəcək.




Facebook'da Paylaş