Ərdoğan və Makron İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə ediblər

26-05-2022, 16:22

Ərdoğan və Makron İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Ordum.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünü müzakirə ediblər.

Dövlət başçıları həmçinin qarşılıqlı əlaqələri, Rusiya ilə Ukrayna arasında davam edən müharibə barədə fikir mübadiləsi aparıblar.




Facebook'da Paylaş