Türkiyə və Rusiya XİN başçıları Qazaxıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

6-01-2022, 13:59

Türkiyə və Rusiya XİN başçıları Qazaxıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Ordum.az“Haber Global”a istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.

Nazirlər həmçinin NATO-Rusiya görüşü, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.




Facebook'da Paylaş