İsmayıl Dəmir: "PUA-lardan Qarabağdakı haqq mübarizəsində istifadə olunarkən sanksiyalarla üzləşdik"

12-03-2022, 16:04

İsmayıl Dəmir: "PUA-lardan Qarabağdakı haqq mübarizəsində istifadə olunarkən sanksiyalarla üzləşdik"

“Türkiyə istehsalı olan zərbə PUA-larından bir çox yerlərdə, o cümlədən İkinci Qarabağ müharibəsində istifadə olunub”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

“Bu PUA-lardan haqq mübarizələrində istifadə edərkən sanksiyalarla üzləşdik. İndi isə zərbə PUA-larını tərifləyirlər. Bu, ikili standartların ən bariz nümunəsidir. Əlbəttə, həm adi, həm də zərbə PUA-larımız daha da müasirləşəcək. Biz potensialımızı artırmağa davam edəcəyik. Türkiyənin bu potensialı, əslində, NATO üzvlərini sevindirməlidir. Amma qarşılaşdığımız reaksiyaları başa düşmürük”, - o vurğulayıb.




Facebook'da Paylaş