NATO-nun Baş katibi Gürcüstanın müdafiə naziri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

17-02-2022, 14:12

NATO-nun Baş katibi Gürcüstanın müdafiə naziri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Ordum.az xəbər verir ki, görüş NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansa üzv ölkələrin müdafiə nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Y.Stoltenberq Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyib. C.Burçuladze baş katibə dəstəyə görə təşəkkür edib və NATO-nun açıq qapılar siyasəti ilə bağlı qətiyyətli mövqeyini alqışlayıb.

Tərəflər təhlükəsizliklə bağlı çağırışlar və təhdidləri müzakirə ediblər. Gürcü nazir artan çağırışlar fonunda NATO-nun bölgədə iştirakının genişləndirilməsinin önəmindən danışıb.

Görüşdə NATO və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də nəzərdən keçirilib. Bu ilin yazında Gürcüstanda üçüncü dəfə keçiriləcək NATO-Gürcüstan birgə hərbi təlimləri diqqət mərkəzində olub. Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar, gürcü hərbçilərinin peşəkarlığı müsbət qiymətləndirilib ol




Facebook'da Paylaş