Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

14-10-2022, 10:30

Avropa Liqasında həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra həftənin ən yaxşı qolu adına namizədlərin siyahısı açıqlanıb.

Ordum.az xəbər verir ki, bu ada “Real Sosyedad”ın heyətində “Şerif”lə matçda fərqlənən norveçli Aleksandr Sörlot, “Trabzonspor”un “Monako” ilə matçında cərimə zərbəsini dəqiq yerinə yetirən şimali makedoniyalı Enis Bardi, PSV-nin “Sürix”i 5:0 hesabı ilə darmadağın etdiyi matçda qol vuran niderlandlı Coey Veerman və səfərdə “Feyenord”la 2:2 hesablı bərabərlikdə rolu olan “Midtüllan”lı Martinez iddialıdır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə ilə müəyyənləşəcək.




Facebook'da Paylaş