Çin “Yunhai-3” məsafədən zondlama peykini uğurla orbitə çıxarıb

12-11-2022, 09:20

Çin “Yunhai-3” məsafədən zondlama peykini uğurla orbitə çıxarıb

Çin şənbə günü “Yunhai-3” məsafədən zondlama peykini uğurla orbitə çıxarıb. “Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, buraxılış yerli vaxtla saat 06:52-də (Bakı vaxtı ilə saat 02:52) ölkənin şimalındakı Tayyuan kosmodromundan CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. O, bu seriyanın daşıyıcıları üçün ardıcıl 448-ci olub. “Yunhai-3” atmosfer hadisələrinin və okeanların müşahidəsi, təbii fəlakətlərin və onların nəticələrinin qarşısının alınması, elmi tədqiqat layihələrində istifadə olunacaq.[/img][/center]
Çin şənbə günü “Yunhai-3” məsafədən zondlama peykini uğurla orbitə çıxarıb.

Ordum.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, buraxılış yerli vaxtla saat 06:52-də (Bakı vaxtı ilə saat 02:52) ölkənin şimalındakı Tayyuan kosmodromundan CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. O, bu seriyanın daşıyıcıları üçün ardıcıl 448-ci olub.

“Yunhai-3” atmosfer hadisələrinin və okeanların müşahidəsi, təbii fəlakətlərin və onların nəticələrinin qarşısının alınması, elmi tədqiqat layihələrində istifadə olunacaq.




Facebook'da Paylaş