Cənubi Koreya KXDR-i raket sınaqlarını dayandırmağa çağırıb

11-01-2022, 19:55

Cənubi Koreya KXDR-i raket sınaqlarını dayandırmağa çağırıb

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Koreya Xalq Demokratik Respublikasını (KXDR) raket sınaqlarını dərhal dayandırmağa çağırıb.

Ordum.az xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti məlumat yayıb.

"Biz raket sınaqlarının dərhal dayandırılmasına çağırırıq, çünki onlar beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır, həmçinin Koreya yarımadasında hərbi gərginliyi artırır", - məlumatda qeyd edilib.

Məlumatda vurğulanır ki, KXDR BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozur.

Bu gün KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb




Facebook'da Paylaş