Amerika şirkəti Ukraynada Mi-8/17 helikopterlərində monitorinq sistemi quraşdıracaq

18-12-2021, 18:47

Amerika şirkəti Ukraynada Mi-8/17 helikopterlərində monitorinq sistemi quraşdıracaq

Amerikanın “GPMS International şirkəti” Rusiya istehsalı olan “Mi” ailəsinin helikopterlərində “Foresight MX” (HUMS) monitorinq sisteminin quraşdırılması üçün Ukraynanın tənzimləyici orqanlarından razılıq əldə edib.

Ordum.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Foresight MX” Mi-8, Mi-17 və Mi-171 üçün uyğunlaşdırılmış HUMS dəstidir. HUMS helikopterin mövcudluğunu, etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün məlumat toplama və təhlil üsullarından istifadə edən fəaliyyətləri ifadə edir.

Dizayn və sertifikatlaşdırma işləri ABŞ-ın “VTS Aviation” və Ukraynanın “MC AVIA-GRADE” şirkətləri ilə birgə həyata keçirilir. Amerika monitorinq sistemi Mi-8-də Zaporojyedəki “Motor Siç” zavodunda quraşdırılıb.

Şirkət bildirib ki, əvvəllər bu imkan “Mi” seriyalı helikopterlər üçün mövcud deyildi, çünki onların müştəriləri təhlükəsizliyi, mövcudluğu və aktivlərin optimallaşdırılmasını təmin etmək üçün mexaniki monitorinq və uçuş məlumatlarının toplanması tələb edirdilər. “Foresight MX” onlara müasir, yüngül dəsti ilə bu imkanı verir




Facebook'da Paylaş