Türkiyənin müdafiə şirkəti Ukraynada texniki xidmət və təmir mərkəzi yara

29-11-2021, 15:04

Türkiyənin müdafiə şirkəti Ukraynada texniki xidmət və təmir mərkəzi yara

Ukrayna bazarında iştirakını genişləndirən Türkiyənin ASELSAN şirkəti əməkdaşlığı daha da dərinləşdirmək üçün Ukraynada texniki xidmət, təmir və yeniləmə (MRO) mərkəzi yaradır.

Ordum.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Görgün “Business Ukraine” jurnalına müsahibəsi zamanı məlumat verib.

Kiyevdə qurulması planlaşdırılan mərkəz satışdan sonra dəstək, texniki xidmət və təmir xidmətləri göstərmək məqsədi daşıyır.

Görgün şirkətin Ukraynaya silah sistemləri, radar və radioelektron mübarizə vasitələri, elektro-optik sistemlər, komanda və idarəetmə sistemləri kimi müasir texnologiyalar satdığını bildirib.

ASELSAN şirkəti 2015-ci ildən Ukraynada yerli nümayəndəliyini yaradıb.




Facebook'da Paylaş