Britaniya ordusu “Watchkeeper” PUA-larının təkmilləşdirilmiş versiyalarını 2026-cı ildə istifadəyə verəcək

4-11-2021, 11:58

Britaniya ordusu “Watchkeeper” PUA-larının təkmilləşdirilmiş versiyalarını 2026-cı ildə istifadəyə verəcək

Britaniya Ordusu özünün “Watchkeeper” taktiki Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk təkmilləşdirilmiş versiyalarını 2026-cı ilə qədər hazır vəziyyətə gətirməyi hədəfləyir.

Ordum.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.

Britaniya ordusunun yüksək rütbəli mənbəsi nəşrə bildirib ki, “Watchkeeper” PUA-larının orta ömür müddətinin uzadılması (MLE) layihəsi avqust ayında ilkin təsdiqlərdən keçib. Tam iş vəziyyəti hökumət tərəfindən 2023-cü ilin əvvəlində qiymətləndirilməlidir.

PUA-nın ilkin əməliyyat qabiliyyətinin 2026-cı ildə, tam əməliyyat qabiliyyətinin isə 2027-ci ilə planlaşdırıldığı bildirilir.

Britaniya Ordusunun “Watchkeeper” PUA-sının təkmilləşdirilməsi təsdiqlənsə də, hazırda layihənin əsas məqsədinin yeni sensorlar və ya silahlar kimi yeni imkanları əlavə etməkdənsə, köhnəlmiş komponentləri əvəz etmək olduğu görünür




Facebook'da Paylaş