Mərakeş müdafiə büdcəsini artırır və daha çox silah satınalması gözlənilir

30-10-2021, 16:21

Mərakeş müdafiə büdcəsini artırır və daha çox silah satınalması gözlənilir

Mərakeşin 2022-ci il büdcə layihəsi oktyabrın 25-də ölkənin Maliyyə və İqtisadi İnkişaf Komitəsinə təqdim edilib.

Ordum.az “Janes” nəşrinə istinadən xəbər verir ki, ölkənin müdafiə büdcəsi 2021-ci il müdafiə büdcəsinə görə 4,77% artırılıb.

Ölkənin müdafiə xərcləri gələn il 6.9 milyard dollar olacaq. Müdafiə büdcəsində silah satınalmalarına ayrılan xərclər əvvəlki illə müqayisədə artırılıb.

Müdafiə xərclərinin 2022-ci ildə ümumi xərclərin 17%-dən çoxunu təşkil edəcəyi gözlənilir.




Facebook'da Paylaş