Azərbaycanla Pakistan arasında logistika əməkdaşlığı genişlənir

8-10-2021, 18:57

Azərbaycanla Pakistan arasında logistika əməkdaşlığı genişlənir

Pakistanın “National Logistics Cell” (NLC) şirkəti ilk dəfə bu ölkədən Azərbaycana birbaşa logistika əməliyyatını həyata keçirib.

Ordum.az xəbər verir ki, ötən gün Azərbaycana dost ölkədən məhsullar daşıyan yük maşınları karvanı gəlib və tezliklə ölkəmizin məhsulları ilə Pakistana yola düşəcək.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haee bildirib ki, logistika sahəsində əməkdaşlığın genişlənməsi iki ölkə arasındakı qardaşlığın daha bir nümunəsidir:

“Azərbaycan ilə Pakistan coğrafi mənada bir-birinə çox yaxın olmasa da, daşımalar birbaşa həyata keçiriləcək. Pakistanın böyük bazarı Azərbaycan üçün geniş imkanlar açır”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayevin fikrincə, bu logistika əməliyyatı gələcəkdə Pakistan ixracat məhsullarının Avropaya daşınacağı yeni bir nəqliyyat dəhlizinin əsasını qoya bilər.

Qeyd edək ki, NLC təqdim etdiyi logistika xidmətləri çərçivəsində müxtəlif n




Facebook'da Paylaş