Ermənistan sülh şərtlərini qəbul etməlidir-Pakistan səfiri

28-09-2021, 06:52

Ermənistan sülh şərtlərini qəbul etməlidir-Pakistan səfiri

Azərbaycan və Pakistan iki qardaş ölkədir.
Butov.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Pakistanın İspaniyadakı səfiri Şujat Əli Rathore bildirib.
“Biz işğal olunmuş torpaqların azad edilməsi uğrunda şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz həlak olan qəhrəmanların analarına borcluyuq. Ümid edirəm ki, bütün bölgədə uzunmüddətli və möhkəm sülh bərqərar olacaq. Ermənistan sülh şərtlərini qəbul etməlidir və Ermənistanı özünə dost hesab edən ölkələr onu bu danılmaz şərtləri qəbul etməyə çağırmalıdırlar. Beləliklə də, bölgədə sülh və firavanlıq hökm sürəcək", - deyə Ş.Rathore vurğulayıb.




Facebook'da Paylaş