44 günlük Vətən müharibəsi iştirakçısı deputatlığa namizəd oldu

24-07-2024, 09:17


44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit İqbal Səfərov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

"Ordum.az" Demokrat.az istinadən xəbər verir ki, İqbal Səfərov 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd olub.

İqbal Səfərov seçicilərinə müraciət edərək dəstək istəyib:

“İstəyirəm ki, bu çətin, məsuliyyətli proseslərdə mən də iştirak edim, dövlətimizin yanında dayanım. Potensialıma inanıram, özümə güvənirəm. Missiyamın bitmədiyini də bilirəm.

Ümid edirəm və inanıram ki, mənə də etimad göstərəcək, ölkəmizin inkişafında iştirak etmək arzumun gerçəkləşməsinə şərait yaradacaqsınız.

İnsanlarımızı seçkilərə getməyə, münasib bildikləri namizədə səs verməyə səsləyirəm. Başa düşürəm, tətildir, havalar istidir. Asan deyil. Amma seçkilərdə aktivlik göstərmək, fəallıq etmək lazımdır. Bu, kiməsə deyil, bütövlükdə Azərbaycana lazımdır.

Seçkilərdə iştirak edəcək hər bir şəxsə ürəkdən uğurlar arzu edirəm”.

Qeyd edək ki, İqbal Səfərov 44 günlük Vətən müharibəsi zamanı Şuşanın, Füzulinin, Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

O, Ali Baş Komandan-Prezident İlham Əliyev tərəfindən “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.




Facebook'da Paylaş