Rusiyadakı prezident seçikələrində seçici fəallığı yüksək qiymətləndirilir

17-03-2024, 16:00

Rusiyadakı prezident seçikələrində seçici fəallığı yüksək qiymətləndirilir

Xəbər verildiyi kimi,15 mart 2024-cü il tarixində Rusiya Federasiyasında prezident seçkilərinə start verilib. Seçki bu gün tamamlanacaq.

Seçkilərdə dörd namizəd prezident postu uğrunda mübarizə aparır; müstəqil namizəd Vladimir Putin, Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutski və Dövlət Dumasının sədr müavini Vladislav Davankov.

Qeyd edək ki, Dünya Xalqları Alyansının baş katibi, sülh səfiri Aleksandr Şapiro-Suliman bu seçkilər üçün akkreditə olunmuş bütün beynəlxalq müşahidəçiləri qəbul edir, araşdırır və onlara məsləhətlər verir. Aleksandr Şapiro-Suliman  saytımıza açıqlamasında Rusiyada president seçkilərində seçici fəallığını yüksək qiymətləndirib.

Xatırladaq ki, Rusiya prezidenti 6 il müddətinə seçilir. Daha çox səs toplayacaq namizəd 2030-cu il mayın 7-dək ölkəyə başçılıq edəcək. Builki seçkilərin qalibinin inaqurasiya mərasimi mayın 7-nə təyin olunub.




Facebook'da Paylaş