Krasnoyarskda 20 Yanvar şəhidləri yad edilib

20-01-2024, 21:24

Krasnoyarskda 20 Yanvar şəhidləri yad edilib

Yanvarın 20-də Krasnoyarsk məscidində 20 yanvar 1990-cı il tarixində Bakı faciəsinin “Qara yanvar” kimi tanınan qurbanlarına həsr olunmuş xatirə gecəsi keçirilib. Anım tədbiri Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib.

Tədbir bir dəqiqəlik sükutla başlayıb, sonra şəhidlərin xatirəsi Qurani-Kərim oxunaraq yad edilib.

Tədbirdə Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov və din xadimi hacı Mütəllib İbişov çıxış ediblər.

Çıxış edənlər 20 yanvar 1990-cı il tarixində baş vermiş faciəli hadisələrdən danışıb.

Allah şəhidlərə rəhmət etsin!




Facebook'da Paylaş