Fuat Oktay: "Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir”

26-11-2022, 10:28

Fuat Oktay: "Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir”

“Regional sabitliyin təmin olunması üçün Ermənistanla normallaşma prosesi başlayıb”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisinin iclasında deyib.

O bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir.

F.Oktay söyləyib ki, Türkiyə Ermənistanın otuz il işğal altında saxladığı Qarabağın azadlığa qovuşması yolunda Azərbaycann yanında olub: “Ölkəmiz və millətimizin maraqları nəyi tələb edirsə, onu etdik, etməkdəyik. Azərbaycana Vətən müharibəsində ən böyük dəstəyi verdik. Sonra regionda sabitlik üçün Ermənistanla normallaşma prosesini dəstəkləməyə başladıq”.




Facebook'da Paylaş