Si Cinpin: “Çin Ukraynada atəşkəsin tərəfdarıdır

15-11-2022, 09:30

Si Cinpin: “Çin Ukraynada atəşkəsin tərəfdarıdır

“Çin Ukraynada atəşkəs və sülh danışıqlarının başlanmasının tərəfdarıdır”.

Ordum.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin G20 sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı deyib.

Tərəflər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Si Cinpin Ukrayna böhranı ilə bağlı Çinin mövqeyinin ardıcıl və aydın olduğunu, Pekinin atəşkəs, hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının tərəfdarı olduğunu vurğulayıb.

Si Cinpin həmçinin beynəlxalq ictimaiyyətin lazımi şərait yaratmasının vacibliyini vurğulayıb. O bildirib ki, Çin öz konstruktiv rolunu davam etdirəcək.




Facebook'da Paylaş