Blinken: “ABŞ Ermənistan və Azərbaycana kömək etməyə hazırdır

16-09-2022, 09:30

Blinken: “ABŞ Ermənistan və Azərbaycana kömək etməyə hazırdır

ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı (15 sentyabr – Red) Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib ki, ABŞ Ermənistan və Azərbaycana münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazırdır.

Ordum.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın mətbuat üçün verdiyi yazılı açıqlamasında deyilir.

“Dövlət katibi Ermənistana və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğumuzu təsdiqləyib. O, diplomatiyanın yeganə irəliyə aparan doğru yol olduğunu deyib və qeyd edib ki, bundan sonra da bu diplomatik prosesdə şəxsən iştirak edəcək”-deyə, Ned Praysa bildirib




Facebook'da Paylaş