Bolqarıstan 70 rusiya diplomatını ölkədən qovur

1-07-2022, 08:31

Bolqarıstan 70 rusiya diplomatını ölkədən qovur

Bolqarıstan 70 rusiya diplomatını ölkədən qovur - Səfir etiraz etdi

Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova Bolqarıstan Xarici İşlər Nazirliyinə nota təqdim edərək, rus diplomatların ölkədən çıxarılması qərarının ləğv edilməsini tələb edib. Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.
Bolqarıstan bu həftənin əvvəlində 70 rusiyalı diplomatın ölkədən çıxarılacağını bəyan edib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva olaya müvafiq cavab verəcək.
Məlumata görə, səfir Eleonora Mitrofanovanın notasında iyulun 1-i saat 12:00-a qədər (Moskva vaxtı ilə üst-üstə düşür) diplomatların ölkədən çıxarılması qərarının ləğv edilməsi tələb olunub.




Facebook'da Paylaş