Peskov ABŞ diplomatının Rusiyadan qovulmasına münasibət bildirib

18-02-2022, 14:55

Peskov ABŞ diplomatının Rusiyadan qovulmasına münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ABŞ diplomatı Bart Qormanın ölkədən çıxarılmasına münasibət bildirib.

Ordum.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunun sadəcə cavab tədbiri olduğunu deyib.

"ABŞ-ın Moskvadakı səfirinin sədr müavini Rusiyadan qovulması qarşı tərəfin təxribatına adekvat addımdır. Sözügedən tədbir təhrik kimi qəbul edilməməlidir”, -D.Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən amerikalı diplomatın ölkədən çıxarılması barədə məlumat vermişdi.




Facebook'da Paylaş