Kreml Donbasda Rusiya pasportlarının paylanıldığını etiraf edib

16-02-2022, 14:11

Kreml Donbasda Rusiya pasportlarının paylanıldığını etiraf edib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donbasda Rusiya pasportlarının paylanıldığını təsdiqləyib.

Ordum.az TASS-a istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında bildirib.

“Donbasda Rusiya pasportlarının paylanılması Minsk razılaşmalarını pozmur. Bunun üçün Minsk razılaşmalarının qısa mətnini bir dəfə oxumaq kifayətdir. Moskva bunu humanitar məqsədlər üçün edir”, - D.Peskov söyləyib.

Onun sözlərinə görə, həmin ərazilərdə sosial durum ağırdır və pasport paylanılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.




Facebook'da Paylaş