Donbasda hərbi toqquşma baş verə bilər.

15-04-2021, 17:33

Donbasda hərbi toqquşma baş verə bilər.


Qondarma Donetsk “xalq respublikası”nın keçmiş “müdafiə naziri” İqor Strelkovun sözlərinə görə, hazırda Ukraynadakı qondarma rejimlərin vəziyyəti çox pisdir. O, Rusiyasız qondarma rejimlərin uğursuzluğa düçar olacağını bildirib:
“Ümumilikdə Ukrayna ordusu tam həcmdə hücuma hazırdır. Onlar buna yanvarın ortasından hazırlaşmağa başlayıblar.
Əgər Rusiya tanınmamış respublikalara tam həcmdə yardım etməsə, onlar qısa zamanda məğlubiyyətə düçar olacaqlar. Qüvvələr balansı onların xeyrinə deyil. Ukraynada elə silahlar var ki, onlar Donetsk və Luqanskda yoxdur. Nəzərə almaq lazımdır ki, NATO-nun bütün kəşfiyyat vasitələri Ukraynaya işləyir. Onlar bir neçə saata cəbhəni yarıb, çox istiqamətlərdə əməliyyat keçirə bilərlər”.




Facebook'da Paylaş