NATO Rusiyanın Ukraynadakı separatçı rejimləri tanıması ehtimalına münasibət bildirib

15-02-2022, 18:04

NATO Rusiyanın Ukraynadakı separatçı rejimləri tanıması ehtimalına münasibət bildirib

“Rusiya qondarma Donetsk və Luqansk respublikalarını tanısa, beynəlxalq hüququ pozmuş olacaq və Minsk razılaşmaları əsasında münaqişənin həllini çətinləşdirəcək”.

Ordum.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.




Facebook'da Paylaş