Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır

29-03-2022, 18:01

Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır

Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır.

Ordum.az TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Vopke Xukstra tviter səhifəsində yazıb.

“Niderland Rusiyanın 17 kəşfiyyatçısını ölkədən çıxarır. Onlar Rusiyanın Niderlanddakı nümayəndəliyində diplomat adı altında fəaliyyət göstəriblər”, - nazir yazıb.

Nazirin sözlərinə görə, onlar Niderlandın təhlükəsizliyini təhdid edirmiş.




Facebook'da Paylaş