Minsk qrupu Qarabağa görə toplaşdı
Minsk qrupu Qarabağa görə toplaşdı - Rusiyalı həmsədr müzakirədən İMTİNA ETDİABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosu ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin həmkarları ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdiyini bildirib.Büronun “Tviter” səhifəsində dərc olunan məqalədə qeyd olunur ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev müzakirələrdə iştirakdan imtina edib.
“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyi ilə bağlı məsələni müzakirə edib. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”, - Büronun bəyanatında deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatandan sonra verdiyi açıqlamalarda dəfələrlə bildirib ki, 28 il ərzində heç bir nəticə əldə edə bilməyən Minsk qrupuna artıq ehtiyac qalmayıb.
“Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
İyunun 24-də Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov da azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Minsk qrupunun fəaliyyətinin dayandığını bəyan edib:
“Biz deyə bilərik ki, Minsk Qrupunun fəaliyyəti tamamilə dayanıb. Biz baxmalıyıq ki, onların üzvləri kimlərdir. Fransa, Amerika və Rusiya. Bu gün ölkələr arasında bu məsələ tam həllini itirib. Bunun da səbəbi üzv olan Amerikadır. Belə məsələ ABŞ-ın təşəbbüsü ilə olub”, - deyə XİN başçısı vurğulayıb.
Xatırladaq ATƏT-in Minsk qrupuna həmsədrliyi İqor Xovayev (Rusiya), Bris Rokfeyl (Fransa) və Endryu Şofer (ABŞ) edirdi...
Facebook'da Paylaş