Qarabağın Azərbaycanlı icması erməni icmasına çağırış edib.
Çağırışda deyilir:
"Mən Dağlıq Qarabağın erməni əhalisinə səslənirəm: Azərbaycan Silahlı Qüvvələri orada yaşayan mülki əhaliyə qarşı heç bir silah işlətmir".
Bu mürəciəti keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev səsləndirib.
O bildirib ki, Azərbaycan ordusu Beynəlxalq hüququn bütün prinsiplərini qoruyur:
"Dağlıq Qarabağda yaşayan erməni sakinlərə bildirmək istəyirəm ki, onlar Azərbaycan Silahlı Qüvvələrinə qarşı silah götürməsinlər. Bilsinlər ki, Azərbaycan Silahlı Qüvvələri bu gün keçirdiyi əməliyyatlarla həm Azərbaycan Respubikasının torpaqlarını işğaldan azad edir, həm də oradan qovulan əhalinin hüquqlarını bərpa edir. Orada yaşayan erməni əhali bunu başa düşməlidir. Bu əməliyyatlar orada yaşayan etnik azlıqlar da ora qayıdan azərbaycanlılarla birgə yaşamaq hüququ qazanacaqlar. Ordumuzun həyata keçirdiyi əməliyatın əsas məqsədi yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarını bərpa etməkdir. Oradakı ermənilər Azərbaycan silahlı qüvvələrinin mərhəmətinə sığınsınlar”.