Moldova Qərbdən təhlükəsizlik məsələləri ilə bağlı təminat almayıb

31-05-2022, 09:56

Moldova Qərbdən təhlükəsizlik məsələləri ilə bağlı təminat almayıb

Moldova hakimiyyəti bütün Avropa İttifaqı ölkələri ilə təhlükəsizlik məsələlərini müzakirə edib, lakin hələ də təminat almayıb.

Ordum.az xəbər verir ki, bunu Moldovanın Prezidenti Maya Sandu ölkənin kənardan silahlı münaqişəyə cəlb olunacağı halda fəaliyyət planının mövcudluğu ilə bağlı sualına cavabında bildirib.

“Mən bütün Avropa İttifaqı ölkələri ilə Moldova belə bir vəziyyətə düşərsə, nə baş verəcəyini müzakirə etmişəm. Hələlik cavab almamışam”, - Sandu bildirib.

2021-ci ildə Moldovada növbədənkənar parlament seçkiləri keçirilib və bu seçkilərdə avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası qalib gəlib. Bu gün partiya, Moldova parlamentinə və hökumətinə nəzarət edir. 2014-cü ildə respublika Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb, bu ilin martında isə Gürcüstan və Ukrayna ilə birlikdə Aİ-yə üzvlük üçün müraciət edib.




Facebook'da Paylaş