Moldova NATO-ya daxil olmağı düşünmür

28-12-2021, 10:00

Moldova NATO-ya daxil olmağı düşünmür

Moldova prezidenti Maya Sandu ölkənin NATO-ya daxil olmasını istisna edib, çünki bu, ölkə Konstitusiyası ilə qadağandır.

Ordum.az xəbər verir ki, o, bu barədə “Pro” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, hələlik heç kim Konstitusiyaya dəyişiklik etməyi planlaşdırmır:

“Dövlətin əsas qanunu Şimali Atlantika Alyansına qoşulmağı qadağan edir. Biz bitərəf ölkəyik, əsas qanunu heç kim dəyişməyib, belə təşəbbüslər yoxdur, biz heç kimə hərbi təhlükə yaratmırıq, vəziyyətin sülh yolu ilə inkişafını istəyirik”.




Facebook'da Paylaş