Baş katib: “Gürcüstan və Moldovanın NATO-nun dəstəyinə ehtiyacı var

28-04-2022, 14:05

Baş katib: “Gürcüstan və Moldovanın NATO-nun dəstəyinə ehtiyacı var

“Rusiyanın Ukraynaya amansız müdaxiləsi Gürcüstan və Moldova kimi ölkələrin NATO-nun dəstəyinə ehtiyacı olduğunu göstərir”.

Ordum.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin rəhbərləri ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, dəstəyə həm praktiki, həm də siyasi dəstək daxildir: “Gürcüstan çox dəyərli tərəfdaşdır, həmçinin Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Biz Şərqi Avropadakı tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq üçün yollar axtarırıq”.




Facebook'da Paylaş