Blinken və Kuleba arasında telefon danışığı olub

24-05-2022, 15:14

Blinken və Kuleba arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı tviterdə yazıb.

“Dövlət katibi Entoni Blinkenlə danışıb ABŞ-a Ukraynaya göstərdiyi güclü dəstəyə görə təşəkkürümü bildirdim. Rusiya Donbasda dağıdıcı hücumlarını davam etdirdiyinə görə daha çox silah, o cümlədən ağır silahlar Ukraynaya göndərilir. Biz həmçinin Ukraynanın ixrac əngəlini aşmaq və qlobal ərzaq təhlükəsizliyini təmin etmək yollarını müzakirə etdik”, - D.Kuleba qeyd edib.




Facebook'da Paylaş