Bayden ABŞ müdafiə və xarici işlər nazirlərinin ukraynalı həmkarları ilə görüşündə iştirak edəcək

26-03-2022, 15:45

Bayden ABŞ müdafiə və xarici işlər nazirlərinin ukraynalı həmkarları ilə görüşündə iştirak edəcək

ABŞ Prezidenti Co Bayden müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinkenin ukraynalı həmkarları Aleksey Reznikov və Dmitri Kuleba ilə şənbə günü Varşavada keçiriləcək görüşündə iştirak etmək niyyətindədir.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” Agentliyi Ağ Evin şənbə günü yaydığı bəyanata istinadən məlumat yayıb.

“Prezident Bayden Blinken və Ostin ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov arasında keçiriləcək görüşdə iştirak edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, cümə günü ABŞ prezidenti Polşaya ikigünlük səfərə gəlib. O, elə həmin gün Jeşuv şəhərində Polşa Prezidenti Anjey Duda ilə görüş keçirib.




Facebook'da Paylaş