ABŞ dövlət katibi və Ukraynanın XİN başçısı arasında telefon danışığı olub

22-02-2022, 09:30

ABŞ dövlət katibi və Ukraynanın XİN başçısı arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasıda telefon danışığı olub.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays məlumat verib. Bildirilib ki, onlar Rusiyanın qondarma Donetsk və Luqanskın suverenliyini tanımasını müzakirə ediblər.

Diplomatlar adekvat tədbirlər görəcəkləri barədə razılığa gəliblər.

Blinken ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyini deyib.

Sabah diplomatlar arasında görüş olacaq.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bildirib.




Facebook'da Paylaş