Polşa Prezidenti: “Rusiyanı Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır”

13-05-2022, 21:00

Polşa Prezidenti: “Rusiyanı Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır”

“Rusiyanı döyüşlərin yaratdığı dağıntılara, vurduğu ziyana görə Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır”.

Ordum.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Estoniyaya işgüzar səfəri zamanı həmkarı Alar Karis ilə görüşü zamanı deyib.

“Biz dərindən inanırıq ki, beynəlxalq ictimaiyyət Rusiyanı Ukraynadakı dağıntıların bərpası üçün təzminat ödəməyə məcbur edəcək”, - A.Duda bildirib.

Qeyd edək ki, genişmiqyaslı müharibə başlayandan Polşa Ukraynanın əsas tərəfdaşlarından biridir. Ölkə qonşusuna maliyyə, humanitar və hərbi yardım göstərib




Facebook'da Paylaş