“İslam Respublikası, sənin ölümün yetişib”

2-05-2022, 09:48

“İslam Respublikası, sənin ölümün yetişib”

“İslam Respublikası, sənin ölümün yetişib”

(Aban hadisələri iştirakçısı)

Bu gün social şəbəkələrdə 2019-cu ilin noyabr ayında (bu tarixi hadisə xalqın yaddaşında “qanlı Aban” və ya “xalqın Abanı” kimi həkk olunmuşdur) İranda benzinin pərakəndə satış kvotasının bərpası və qiymətinin ikiqat bahalaşması ilə bütün ölkə üzrə baş vermiş kütləvi etiraz hərəkatı və xalq çıxışları barədə çox ciddi audio və video materiallar (podkastlar) yerləşdirilir və xüsusi olaraq vurğulanır ki, “Aban davam edir”. Həmin materiallarda İran İslam Respublikası hakimiyyətinə qəti məzmunlu xəbərdarlıq mesajı da verilir: “İslam Respublikası, sənin ölümün yetişib”.
Aşağıdakı yazı ilə tanış olmamışdan öncə dəyərli oxucuların diqqətinə “Qanlı Aban” (və ya “Qanlı Noyabr”) hadisələri barədə qısa bir arayışı təqdim etmək yerinə düşərdi. Aban hadisələri 2019-cu il noyabrın 15-də başlayan və bütün İranda hökumət əleyhinə yönəlmiş etiraz aksiyalarından ibarət bir xalq hərəkatı idi. Bu hərəkat ölkənin 29 əyalətini, 104 şəhərini və 719 yaşayış məntəqəsini əhatə etmişdir. Əsasən şəhərlərdə cəmləşən fəhlə sinfi və yoxsul təbəqələr tərəfindən benzinin bahalaşmasına qarşı başlayan və öncə dinc xarakter daşıyan etirazlar, sonradan İran İslam Respublikası və onun din xadimlərini hədəf seçdi. Belə ki, etirazçıların hədəfləri sırasında iqtisadi və sosial sabitlik, korrupsioner dövlət məmurlarının təqibi tələbləri ilə yanaşı Seyid Əli Xameneinin vəzifədən çıxarılması və İslam Respublikası rejiminin devrilməsi kimi şüarlar da dayanırdı.
Aşağıdakı yazıda o da xüsusi vurğulanır ki, Aban xalqın hərəkatıdır, o, 2017-ci il dekabrın 28-də Məşhəddə və Xorasan əyalətinin böyük şəhərlərində hökumət əleyhinə başlayan və 2018-ci ilin yanvar ayının əvvəllərinə kimi davam edən etiraz aksiyalarının davamıdır, bu gün də davam etməkdədir və son hədəfə kimi də davam edəcəkdir.
Qeyd edilməlidir ki, 2019-cu ildə baş vermiş Aban (Noyabr) hadisələrindən öncə, 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında hökumət əleyhinə baş vermiş etiraz aksiyalarında “Bahalığa Yox” şüharları səsləndirilməklə xalq Həsən Ruhani hökumətinin siyasətinə qarşı nümayişlərdə iştiraka çağrılmış və başlanğıcda bu aksiyalar iqtisadi tələblərlə İran hökumətindəki mövcud korrupsiyaya və işsizliyin yüksək olmasına qarşı olmuşdur. Lakin sonradan bu aksiyaların ümumi əhatə dairəsi iqtisadi problemlərdən kənara çıxaraq İran siyasi sisteminə, xüsusən də Vilayət-i Fəqih və onun hazırkı sədri Əli Xameneiyə qarşı genişlənməyə başladı. Etirazçılar arasında İslam Respublikasına “nifrət” bu hərəkatı səciyyələndirən əsas xüsusiyyətlərdən biri idi. Belə ki, etirazçıların dağıdıcı hərəkətləri və şüarları “nifrət”in dərəcəsindən xəbər verirdi. “Aydın tələbin olmaması”, “periferiyadan mərkəzə doğru hərəkətin başlanması” bu etirazların digər xüsusiyyətlərindən idi. Bu etirazların digər mühüm xüsusiyyəti həm də ondan ibarət idi ki, 1999 və 2009-cu illərdəki hərəkatlardan fərqli olaraq, onun arxasında islahatçılar dayanmamışdılar. Etirazın miqyası, ölkə üzrə xaotik bir şəkildə səpələnməsi və hökumət əleyhinə olan xarakteri də 2017-ci il hərəkatını səciyyələndirən xüsusiyyətlərdən idi. Eyni zamanda da bu hərəkat 1978-ci il inqilabının əksinə olaraq, dini ideyalardan tamamilə uzaq idi.
Bu nümayişlər rəhbərlik strukturundan məhrum olduğuna, etirazçılarla hökumət arasında vasitəçilik edə biləcək balanslaşdırıcı bir qüvvənin olmadığına görə, əyalətin və eləcə də ölkənin böyük şəhərlərində küçələrə çıxmış etirazçılar hansı konkret şüarlar verəcəklərinə və nə qədər uzağa gedəcəklərinə qərar verə bilməmişdilər.
Bütün bunlara baxmayaraq 2017-ci il etirazları 2019-cu ilin Aban (Noyabr) hadisələrinin təşkili və hədəfə çatması, üçün əsas şüarların seçilməsində, xalq hərəkatının güclü və zəif tərəflərinin müəyyən edilib aradan qaldırılmasımnda, onun yenidən daha möhkəm və milli əsaslarda təşkilində əsaslı rol oynamışdır.
Səməd bayramzadə,
27.04.2022
Aban hadisələri iştirakçıları yoldadırlar: "Abane Mərdom" podkastının başlanğıcı
Birinci epizod: "Abane Mərdom" (Aban hadisələri iştirakçıları mənasında işlənmişdir) podkastı.

Divarda yazılmışdır: “Aban davam edir”
Xüsusi dosye:
“Aban mərdom” podcastı (səs və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesi) Aban üsyanının sadə və rötuşlu rəvayətləri silsiləsindəndir; bu podkastda atışma və güllə səsləri var, amma o dərəcədə yox ki, insanların sözlərini, işlərinin və hərəkətlərinin səsini eşitməyək. Bu yüksələn səs qiyam edən xalqın səsidir, bu səslər insanların irəli getdikləri, geri çəkildikləri, “nə edək?” dedikləri anlardakı səsləridir. Onlar qəzəblidirlər, yandırırlar, yolları bağlayırlarr, söyürlər, yaralıları geri götürürlər, evlərə sığınırlar, həbslər yaşayırlar, gülləbaran edilirlər, polislər üçün problemlər yaradırlar, dağıdılmış binalara həmlələr edirlər, həbsxanalara düşürlər…

“Aban qiyamı davam edir”
Bu podcast toplusunda tabular qırılır, pərdələr çıxarılır; Aban ayından əvvəl eşitmədiyimiz və ya eşitmək istəmədiyimiz ya da eşitmək arzusunda olduğumuz şeyləri eşidirik.
“Aban mərdom” podkasti etirazçılar və qiyamın şahidləri ilə müsahibələrdən yaranıb. O, sadə və qol-budaqsızdır; məqsədə yetişmək üçün çağırış edən, irəliləyən, təşkilatlanan, güclü və zəif tərəfləri olan bir üsyan barədə hazırlanmış sənədli filmdir.

“Cəmaran dini hövzəsinin evi Aban qəzəbində yanacaq!”
Bu podkast vaxtınızı doldurmaq və sizi əyləndirmək üçün yaradılmayıb! Biz istəmirik ki, Aban xalqın “matəm” yaddaşına çevrilsin, Aban insan haqları problem kimi xatirələrdə qalsın. Biz inanırıq ki, 1396-cı ilin dey hadisələri İran İslam Respublikası tarixində və məzlum xalqın yeni tarixi yolun davamında başladığı ən mühüm qiyamdır; ona görə də Aban (noyabr) hadisələri bizim üçün xalq mübarizəsinin mühüm hissəsidir və həmin hadisələr araşdırılmalıdır; onun güclü və zəif tərəfləri gələcək mübarizə yolunun davamı üçün işıq saçan çıraq kimi qəbul edilməlidir. Bu səs heç bir fayda və ya məqsəd baxımından təftiş edilməmişdir, çünki ölkənin müxtəlif yerlərindəki insanlar öz təşəbbüslərində və irəliləyişlərində, bir-birlərinin gücünü və zəifliklərini necə ifadə etmək barədə məlumatlandırılmalıdırlar.

Aban davam edir…
“Aban davam edir…”
Üsyanın dadı necədir, cənab?
“İnqilab xalqın bayramıdır!”
(Ərdəbil)



“Çörək, iş, azadlıq!”

Diktatora ölüm!”

“İslam Respublikası, ölümün yetişib!”




Facebook'da Paylaş