GÖBƏLƏK KİMİ BİTƏN “...İSTAN’LAR”

21-07-2020, 18:28

GÖBƏLƏK KİMİ BİTƏN “...İSTAN’LAR”
GÖBƏLƏK  KİMİ BİTƏN “...İSTAN’LAR”

Gördüyünüz bu sənəd 1323 şəmsi ilində (1944) İran dövləti ilə əlbirlik olunub İraqdan Kürdləri Azərbaycan torpaqlarına sürgün edilməsini görsədir. Bu bəlgədə sonralar “Nəqədə” adlanan şəhərimizin düz adı, SULDUZ yazılıb. Niyə kürdlər, ermənilər və başqa etniklər tarix boyu örta-basdır’la xımır-xımır Azərbaycan torpaqlarına sürgün edilir? Bu çirkin siyasət başqa Türklər yaşayan torpaqlarda da olub və olunur. Niyə? Dünya millətlərini sümürgəçilik siyasəti ilə ələ keçirdib tək bir hökumət yaratmaq və bütün millətləri köləliyə çəkmək istəyən super güclər Türklərin onlara kukla olub əyilməməsinə iman gətirib. O üzdən, bütün millətlər arasında sümürgəçilərin köləliyinə boyun əyməyən türkləri enmək üçün üz-üzə qarşı durmaqdan tarix boyu dönələr uduzduqdan sonra Türkləri bir-birindən ayırıb aralarına başqa etniklər ilə coğrafi və mədəni ayrılıq siyasətini meydana yürütdülər.
Ermənistan, Kürdistan, qarpızıstan, qabağıstan, göbələyistanlar yaratmaq bu siyasətin əkdiyi bostanlardır. Yağış yağarkən öz halını buraxıb daşın vayına ağlayan kəssəklər aşdan issi kasa olub bu qələmi qınamağa qalxacaqlar. Onlar bu sorqu ilə başlayacaq: “Dünyada köçmək təbii məsələ dir. Məgər Azərbaycan, Türkiyə, İran və başqa ölkələrdən köçmək yoxdurmu?” Əlbəttə var. Ama bu köçməklərin kökü bir dəyil axı! Azərbaycandan, örnək olaraq Tehrana, Tehrandan da Los Angelesə köçmək hara, İraqdan, Suriyədən, Rusiyadan, şərqi Avropadan yüz minlərlə ermənini ya kürdü zorakılıq ilə Türk torpaqlarına sürgün etmək hara? Bir yandan iş və yaradıcılıq imkanlarını Türklər yaşayan torpaqlarda aradan aparıb Türkləri öz dədə-baba yürdlarından sürülməyə məcbur edirlər.
Axı başqa etniklərin arasında iş üçün getmiş Türk ya orada bir qız tapıb evlənəcək ya ailəsi ilə birlikdə türklüyünü o etnik qrupun arasında itirəcək. Bu da o super güclərin istədiyi son hədəf dir: Türkləri türklükdən çıxardıb manqurtlaşdırmaq. Ama yüz minlərlə erməni, ya kürdü birlikdə Azərbaycan torpaqlarına sürgün etdikdə onlar birləşmiş azınlıqlar olaraq öz mədəniyyət və etnik kimliklərini yad xalqın içində bütün inamla qorumağa çalışır. Eyni halda zaman keçdikcə sürgün edilmiş bu kütlələrin acınacaqlı yaşayış durumunun baisini də türklər olduğunu görsətməyə çalışıb qonaq etniklərlə ev yiyəsi arasında olduqca gərginlik yaradırlar. Zaman keçdikcə qonaq etniklərın sayı çoxalır. Bu arada super güclər bu qonaq etnikləri hər baxımdan dəstəkləyirlər. Bu qonaqlara qondarma tarix belə uydururlar. Nifrət və ayrılıq alovunu yüksəltdikdən sonra onları silahlandırıb torpaq iddialarını irəli sürdürürlər.
Çağdaş bir örnək yararlı ola bilər. Xoyun çox əski və adlım kəndlərindən biri Beddavar dır. Bu kənd indi artıq şəhərə yapışıb. 30 il bundan öncə bu kənddə bir dənə də kürd yox idı. Beddavarlılar birdən göz açıb gördülər kəndin bir xiyavanını kürdlərə satıblar. Maraqlısı bu dur: Bu xiyavanda yaşayan küdlər oranı “Kürdistan” adlandırır! Bu təkcə Xoyun Beddavar kəndi dəyil başqa şəhərlə rdə bir küçədə ev alıb oturmuş iki ev kürd oranı “Kürdistan” adlandırır! Niyə? Amerikanın Los Anceles şəhərində milyonlarca İranlı yaşayır. Sizcə Amerika hökuməti və uluslararası yasalar icazə verərmi oradakı İranlılar yaşadığı məhəlləni “İran” adlandırsın? Heç vaxt! Amerika və başqa ölkələrə köçmüş çinlilər yaşadığı məhəlləni “China Town” yəni “Çinlilər məhəlləsi” adlandır. Onlar heç vaxt oranı “Çin” yəni bir ölkə adı kimi səsləndirə bilməz. Buna haqları yoxdur, ola bilməz. Eləcə də Azərbaycan şəhərləri və kəndlərindəki məhəllələrdə yaşayan erməni ya kürdlər də yaşadığı məhəlləni “Ermənistan” ya “Kürdistan” adlandıra bilməz. Tehranda da kürdlər yaşayır. Niyə yaşadıqları məhəlləni “Kürdistan” adlandırmırlar? Ona görə ki, kürdlərin Tehrana qarşı torpaq iddiası yoxdur. Amma Azərbaycana qarşı var! Azərbaycanda yaşayan bütün etnik azınlıqlar Azərbaycan vətəndaşı sayılır və onların vətəndaşlıq haqlarını qorumaq Azərbaycan dövlətinin rəsmi görəvidir. Ancaq vətəndaşlıq həddini aşıb torpaq iddiasına qalxmaq uluslararası, habelə vətəndaşlıq qanunlarına qarşı işlənmiş bağışlanmaz bir suçdur.
GÖBƏLƏK  KİMİ BİTƏN “...İSTAN’LAR”

Araz Əhmədoğlu
21 İyul 2020




Facebook'da Paylaş