Zelenski Rusiyanın "Birinci Kanal"ında müharibə əleyhinə şüar qaldırılmasına münasibət bildirib

15-03-2022, 16:22

Zelenski Rusiyanın "Birinci Kanal"ında müharibə əleyhinə şüar qaldırılmasına münasibət bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "Birinci Kanal"ında müharibə əleyhinə şüar qaldırılmasına münasibət bildirib

Ordum.az xəbər verir ki, o, bu barədə xalqa müraciətində danışıb.

“Dezinformasiyalarla mübarizə aparan və həqiqəti ictimailəşdirməkdən çəkinməyən rusiyalılara təşəkkür edirik”, - dövlət başçısı bildirib.

V.Zelenski həmçinin Rusiya hərbçilərinə müraciət edərək deyib ki, onlar həyatlarını xilas etmək istəyirlərsə, təslim olmalıdırlar.

Qeyd edək ki, dünən Rusiyanın “Birinci kanal”ında Marina Ovsyannikova adlı telekanal redaktoru müharibə əleyhinə şüarlar yazılmış lövhə ilə efirə çıxmışdı.




Facebook'da Paylaş