Zelenski: "Moskvanın dəstəyinə ümid etdiyi ölkələr Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub"

2-03-2022, 13:48

Zelenski: "Moskvanın dəstəyinə ümid etdiyi ölkələr Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub"

“Moskvanın bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”.
Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa video-müraciətində deyib.

“Savaş dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlamaları həm də mübarizəmizin alqışlanması, səylərimizin qiymətləndirilməsi idi”, - Prezident bildirib.

V.Zelenski deyib ki, buna görə də Avropa İttifaqı Ukraynanı müsbət qiymətləndirir.




Facebook'da Paylaş